2026-cı ilin avqust ayında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə 2 milyard 835,7 milyon manat dövriyyə qeydə alınıb.
Cashless.az-ın Dövlət Vergi Xidmətinin açıqladığı göstəricilər əsasında hesablamasına görə, avqustda yeni nəsil NKA-larla gündəlik orta dövriyyə 91,5 milyon manat təşkil edib. Aylıq dövriyyə iyulla müqayisədə 26,8 milyon manat artıb.
Ümumilikdə, 2026-cı ilin yanvar–avqust aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 20 milyard 424,1 milyon manata çatıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 638,9 milyon manat və ya 14,8% çoxdur.
Hazırda ölkə ərazisində 116 055 yeni nəsil NKA quraşdırılıb. Açıqlanan göstəricilərin müqayisəsinə əsasən, son bir ayda bu aparatların sayı 766 ədəd artıb.

