Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi genişlənməkdə davam edir.
Cashless.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilən layihə çərçivəsində ölkə üzrə indiyədək 113 min 935 ədəd yeni nəsil NKA quraşdırılıb.
Qurumun məlumatına görə, yeni nəsil NKA-ların tətbiqi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə imkan yaradır.
2026-cı ilin yanvar-may aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 12 milyard 53,4 milyon manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 % çoxdur.

