Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə artıb.
Cashless.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, indiyədək ölkə ərazisində 114 501 ədəd yeni nəsil NKA quraşdırılıb.
2026-cı ilin yanvar-iyun aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 14 milyard 779,5 milyon manat təşkil edib.
Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 923,4 milyon manat və ya 15 % çoxdur.
Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, dövriyyəyə nəzarətin gücləndirilməsinə və malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına imkan yaradır.

