2026-cı ilin sentyabr ayında yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə 2 milyard 904,8 milyon manatlıq dövriyyə qeydə alınıb.
Cashless.az-ın Dövlət Vergi Xidmətinin açıqladığı göstəricilər əsasında hesablamasına görə, sentyabr dövriyyəsi avqustla müqayisədə 69,1 milyon manat və ya 2,4% artıb.
Sentyabrda gündəlik orta dövriyyə 96,8 milyon manat təşkil edib. Bu, avqust göstəricisindən 5,3 milyon manat və ya 5,9% çoxdur. Ötən ilin sentyabrı ilə müqayisədə isə dövriyyə 412,8 milyon manat və ya 16,6% artıb.
Ümumilikdə, 2026-cı ilin yanvar–sentyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb.
Ölkədə quraşdırılan yeni nəsil NKA-ların sayı 116 908-ə yüksəlib. Son bir ayda aparatların sayı 853 ədəd artıb.

