2026-cı ilin iyul ayında yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə 2 milyard 808,9 milyon manat dövriyyə qeydə alınıb.
Cashless.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, yanvar–iyul aylarında yeni nəsil NKA-larla ümumi dövriyyə 17 milyard 588,4 milyon manat olub.
Qeyd edək ki, hazırda ölkə üzrə 115 289 yeni nəsil NKA quraşdırılıb.

