YouTube məzmun istehsalçıları üçün ödəniş imkanlarını genişləndirib. Platforma ABŞ-da fəaliyyət göstərən istifadəçilərə PayPal-ın stabilkoini PYUSD ilə ödəniş etməyə başladığını açıqlayıb. Bununla da YouTube ilk dəfə rəqəmsal aktivləri birbaşa ödəniş infrastrukturuna inteqrasiya edib. PayPal-ın kriptovalyutalar üzrə rəhbəri May Zabaneh bildirib ki, bu ödəniş üsulu hazırda yalnız ABŞ istifadəçiləri üçün keçərlidir.

