“Zolotaya Korona” sistemi vasitəsilə Azərbaycan və Rusiya arasında pul köçürmələri hazırda həyata keçirilmir.
Cashless.az xəbər verir ki, məhdudiyyət hər iki istiqaməti əhatə edir.
Xidmətin dayandırılması Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalarla bağlıdır. “Zolotaya Korona” sisteminin hesablaşma operatoru olan “Payment Center” şirkətinin sanksiya siyahısına daxil edilməsindən sonra Azərbaycan da daxil olmaqla bir sıra ölkələr üzrə əməliyyatlar məhdudlaşdırılıb.
Hazırda xidmətin nə vaxt bərpa olunacağı açıqlanmayıb. Eyni zamanda, daha əvvəl göndərilmiş və hələ alınmamış köçürmələrin statusu ilə bağlı vahid məlumat verilmədiyindən, istifadəçilərə əməliyyatın vəziyyətini xidmətin tətbiqi və ya tərəfdaş bank vasitəsilə dəqiqləşdirmək tövsiyə olunur.

