Bu Məxfilik Siyasəti Cashless.az platformasında istifadəçilərin məlumatlarının qorunması və istifadə qaydalarını müəyyən edir. Sayta daxil olmaqla siz bu siyasətin şərtlərini qəbul etmiş olursunuz.
1. Ümumi məlumat
Cashless.az — nağdsız ödənişlər, fintex və rəqəmsal iqtisadiyyat mövzularında xəbərlər və analitik materiallar təqdim edən onlayn platformadır.
Bizim fəaliyyətimiz yalnız informasiya paylaşımı, nağdsız ödənişlərin təşfiq edilməsinə yönəlib və istifadəçilərin şəxsi məlumatlarının toplanması həyata keçirilmir.
2. Toplanan məlumatlar və məqsəd
Biz şəxsi məlumat toplamırıq. Lakin saytın texniki və analitik işləməsini təmin etmək üçün müəyyən anonim texniki məlumatlar avtomatik qeydə alına bilər. Bunlara aşağıdakılar daxildir:
· brauzerin tipi və versiyası;
· ziyarət olunan səhifələr və keçidlər;
· IP ünvanı (anonimləşdirilmiş formada);
· istifadə olunan cihaz növü və əməliyyat sistemi.
Bu məlumatlar yalnız saytın təhlükəsizliyini və performansını artırmaq, həmçinin ziyarətçi statistikasını analiz etmək məqsədilə istifadə olunur.
3. Çərəzlər (Cookies)
Cashless.az istifadəçi təcrübəsini yaxşılaşdırmaq və ziyarət statistikalarını izləmək üçün çərəzlərdən (cookies) istifadə edə bilər.
İstifadəçi brauzer ayarlarından çərəzləri istənilən vaxt məhdudlaşdıra və ya silə bilər. Çərəzlər barədə daha ətraflı məlumat “Çərəzlərdən İstifadə Siyasəti” bölməsində təqdim olunur.
4. Məlumatların paylaşılması
Platforma toplanan məlumatları heç bir halda üçüncü tərəflərə ötürmür, satmır və ya kommersiya məqsədilə paylaşmır.
Anonim analitika məlumatları yalnız ümumi statistika kimi istifadə olunur.
5. Xarici keçidlər
Saytımızda digər resurslara (xarici sayt və ya sosial şəbəkələrə) keçidlər ola bilər.
Cashless.az həmin resursların məzmununa və məxfilik siyasətinə görə məsuliyyət daşımır. İstifadəçilərə bu resursların siyasətləri ilə ayrıca tanış olmaları tövsiyə olunur.
6. Təhlükəsizlik
Biz sayt üzərindən məlumat mübadiləsini qorumaq üçün müasir texnoloji və təşkilati tədbirlər tətbiq edirik. Bununla belə, internet üzərindən ötürülən məlumatların tam təhlükəsizliyinə zəmanət verilmir.
7. Dəyişikliklər
Bu siyasət mütəmadi olaraq yenilənə bilər. Dəyişikliklər saytda dərc edildiyi andan qüvvəyə minir. “Yenilənmə tarixi” bölməsində dəyişikliklərin vaxtı qeyd olunur.
8. Əlaqə
Məxfilik siyasəti ilə bağlı sual və təkliflər üçün bizimlə əlaqə saxlaya bilərsiniz: info@cashless.az