Rəqəmsal valyuta üzrə yeni mərhələyə start verilir

Dek 25, 2025 - 12:34
 0
Rəqəmsal valyuta üzrə yeni mərhələyə start verilir

Mərkəzi Bank 2026-cı il üzrə pul siyasətinin əsas istiqamətləri ilə bağlı bəyanat yayıb. Bəyanata əsasən, Mərkəzi Bankın rəqəmsal valyutasının tətbiqi ilə bağlı işlər davam etdiriləcək. Qurum bu çərçivədə rəqəmsal valyutanın prioritet istifadə sahələrini müəyyənləşdirəcək, mümkün risk və faydaları qiymətləndirəcək və maliyyə sektorunun ümumi strategiyasına uyğun mərhələli tətbiq planı hazırlayacaq. 
Bəyanatda qeyd olunub ki, ölkədə maliyyə dərinliyinin artırılması, maliyyə sabitliyinin qorunması və nağdsız ödənişlərin genişləndirilməsi növbəti ildə də pul siyasətinin effektivliyinə və maliyyə sisteminin dayanıqlılığına müsbət təsir göstərəcək.
Eyni zamanda, pul siyasətinin makroprudensial siyasət də daxil olmaqla Mərkəzi Bankın digər fəaliyyət istiqamətləri ilə uzlaşdırılması davam etdiriləcək. Bu proses Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsi kimi daxili kollegial orqanlar vasitəsilə həyata keçiriləcək.