Ödənişləri nağdsız qəbul edənlərə dövlət dəstəyi artırılır

Dek 14, 2025 - 19:41
Dek 14, 2025 - 19:42
 0
Ödənişləri nağdsız qəbul edənlərə dövlət dəstəyi artırılır

İqtisadiyyat Nazirliyi ictimai iaşə sektorunda nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə yeni vergi güzəştləri üzərində işləyir. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazir qeyd edib ki, hökumət nağdsız əməliyyatların payının artırılması üçün müvafiq təşviq mexanizmləri hazırlayır. Bu çərçivədə ictimai iaşə müəssisələri üçün vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur. Məqsəd nağdsız dövriyyəni artırmaq, kölgə iqtisadiyyatını azaltmaq və şəffaflığı gücləndirməkdir.
Bununla yanaşı, sadələşdirilmiş vergi rejimi üzrə gəlir limiti 200 min manatdan 400 min manata qaldırılması təklif olunur. Bu dəyişiklik kiçik sahibkarlıq subyektlərinin vergi yükünü azaldacaq və biznes fəaliyyətini daha dayanıqlı edəcək.
Yeni təşəbbüslər nağdsız ödənişlərin genişlənməsini dəstəkləməklə yanaşı, rəqəmsal iqtisadiyyatın inkişafına və real sektorun şəffaflaşmasına töhfə vermək məqsədi daşıyır