Biletim.az portalında ApplePay və GooglePay ilə ödəniş imkanı yaradıldı

Yan 13, 2026 - 09:24
 0
Biletim.az portalında ApplePay və GooglePay ilə ödəniş imkanı yaradıldı

Yanvarın 12-dən "biletim.az" portalı üzərindən onlayn bilet alan sərnişinlər ödənişlərini "Apple Pay" və "Google Pay" vasitəsilə həyata keçirə biləcəklər. Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, yenilik sərnişinlərə bank kartı məlumatlarını daxil etmədən sürətli və təhlükəsiz şəkildə ödəniş etməyə imkan verir. Hazırda portalda 56 şəhər və rayona, 86 istiqamət üzrə 349 reys və 397 nəqliyyat vasitəsi üzrə bilet almaq mümkündür.

Onlayn bilet satışı sistemi mərhələli şəkildə bütün daşıyıcı və avtovağzalları əhatə etməklə sərnişindaşıma sahəsində rəqəmsal xidmətlərin əhatə dairəsini artırmağa yönəlib.