“Tether” Rusiyada “Hadron” brendini rəsmiləşdirdi

Yan 12, 2026 - 17:04
 0
“Tether” Rusiyada “Hadron” brendini rəsmiləşdirdi

Böyük Britaniyanın aparıcı stabilkoin emitenti “Tether” Rusiyada “Hadron” adlı yeni əmtəə nişanını 2035-ci ilə qədər qeydiyyatdan keçirib. “RİA Novosti”nin məlumatına görə, brend kriptovalyuta ödənişləri, rəqəmsal aktivlərin mübadiləsi, tokenləşdirilmiş alətlər və paylanmış reyestrlərə əsaslanan digər texnoloji həlləri əhatə edir. Bu addım şirkətin Rusiya bazarında blokçeyn xidmətləri və kriptoinfrastruktur sahəsində hüquqi mövcudluğunu qorumağa çalışdığını göstərir.
Ekspertlər bildirirlər ki, brendin qeydiyyatı bazarda məhsul və ya xidmətlərin dərhal istifadəyə verilməsi demək deyil, lakin “Tether”in Rusiya yurisdiksiyasında potensial fəaliyyətlər üçün hüquqi əsas yaratmaq istədiyini göstərir.
Qeyd edək ki, şirkət daha əvvəl real aktivlərin tokenləşdirilməsi və blokçeyn əsaslı maliyyə xidmətləri ekosisteminin genişləndirilməsi istiqamətində fəaliyyət göstərib. Hadron brendi də məhz bu istiqamətdə- rəqəmsal aktivlərin buraxılması və idarəsi üçün nəzərdə tutulub.