Teleqram Cocoon AI platformasını işə saldı

Dek 2, 2025 - 18:31
Dek 14, 2025 - 13:03
 0
Teleqram Cocoon AI platformasını işə saldı

Telegram yeni “Cocoon” adlı süni intellekt şəbəkəsini istifadəyə verib. Layihə blokçeyn texnologiyası əsasında qurulub və əsas məqsədi süni intellekt sorğularını mərkəzləşdirilməmiş və məxfi şəkildə emal etməkdir. Yeni sistem Telegram-ın TON (The Open Network) blokçeynində qurulub və Trusted Execution Environment (TEE) texnologiyası ilə təchiz edilib. Bu model istifadəçi məlumatlarını maksimum səviyyədə qoruyaraq, etimada ehtiyac duymadan təhlükəsiz ünsiyyət imkanı yaradır. 
“Cocoon” şəbəkəsində təkcə istifadəçilər deyil, GPU (qrafik prosessor) sahibləri də iştirak edə bilirlər. Onlar öz hesablama resurslarını şəbəkəyə təqdim edərək TON tokenləri şəklində gəlir əldə edə biləcəklər. Artıq AlphaTON Capital operator kimi Nvidia B200 GPU-larını sistemə qoşub. Teleqram-ın təsisçisi Pavel Durov bildirib ki, Amazon və Microsoft kimi böyük provayderlərə ehtiyac olmadan GPU gücünü birbaşa istifadəçilərə və tərtibatçılara təqdim edir. Tərtibatçılar hesablama gücünü sifariş edə, provayderlər isə bu gücü təhlükəsiz şəkildə sata biləcəklər.
Sistem həm təhlükəsiz, həm də səmərəli alternativ təklif edir və gələcəkdə süni intellekt sahəsində korporativ monopoliyalara qarşı effektiv modelə çevrilə bilər. Sorğular da göstərir ki, insanların 77%-i belə sistemlərin mərkəzləşdirilmiş sistemlərdən daha yaxşı olacağını düşünür.