Bitcoin sürətlə bahalaşaraq 93800 dollara çatdı
Bitcoin son sutkada 7,9% bahalaşaraq 93 800 dollara yüksəlib. Bu artım kriptovalyutanın 84 500 dollarlıq enişdən sonra bərpası fonunda müşahidə olunub. Ethereum-un qiyməti isə 9,7% artaraq 3 000 dollar səviyyəsinə çatıb. TOP-10 kriptovalyutalar arasında Solana 13,2%, Dogecoin isə 11,4% bahalaşaraq artım tendensiyasına liderlik edib.
Kriptobazarda müşahidə olunan canlanma ABŞ Federal Ehtiyat Sisteminin monetary siyasətini yumşaltması və treyderlərin 10 dekabrda faiz dərəcələrinin azaldılacağı ilə bağlı gözləntiləri ilə əlaqələndirilir. Bundan əlavə, ABŞ-ın iri maliyyə institutlarının REPO əməliyyatlarını artırması da likvidlik axınını gücləndirib. Analitiklər bu bərpa tendensiyasını “pozitiv siqnal” kimi dəyərləndirir və Bitcoin-in 100 min dollar həddinə çatmasını mümkün ssenari hesab edirlər