"ModulR" və "FİS" ANİ ödənişlər sahəsində strateji əməkdaşlığa başladı

Yan 8, 2026 - 17:37
 0
"ModulR" və "FİS" ANİ ödənişlər sahəsində strateji əməkdaşlığa başladı

Müasir ödəniş texnologiyaları üzrə aparıcı provayder olan “Modulr”, qlobal maliyyə texnologiyaları lideri “FIS” ilə tərəfdaşlıq çərçivəsində ABŞ bazarına daxil olduğunu elan edib. Bu addım maliyyə institutları və qlobal platformalar arasında sürətli, səmərəli və miqyaslana bilən ödəniş həllərinə artan tələbat fonunda atılıb.

Tərəfdaşlıq çərçivəsində “Modulr”, “FIS” tərəfindən “Money Movement Hub” platforması üçün əsas texnologiya təminatçısı kimi seçilib və ABŞ maliyyə institutlarına yeni nəsil ödəniş texnologiyası təqdim edəcək. Vahid API vasitəsilə real vaxt, paket və transsərhəd ödəniş kanallarını birləşdirən platforma maliyyə xidmətlərinin daha çevik və sürətli həyata keçirilməsinə imkan yaradacaq.

“Modulr”un təsisçisi Mayls Stivenson bildirib ki, bu tərəfdaşlıq “Modulr”un təcrübəsini “FIS”in bazar payı ilə birləşdirərək ABŞ- də ödəniş sistemlərinin modernləşdirilməsinə və ani ödənişlərin potensialının açılmasına imkan yaradacaq.