"Standart Chartered və "Ant İnternational" Honq Kong və Sinqapurda tokenləşdirilmiş depoztləri işə saldı

Dek 30, 2025 - 16:55
Yan 1, 2026 - 16:56
 0
"Standart  Chartered və "Ant İnternational" Honq Kong və Sinqapurda tokenləşdirilmiş depoztləri işə saldı

“Standard Chartered Bank Limited” (SCBHK) və Çinin fintex şirkəti "Ant International" blokçeyn əsaslı tokenləşdirilmiş depozit həllini istifadəyə veriblər. Sistem 24/7 real vaxt rejimində HKD, CNH və USD valyutalarında vəsait köçürülməsini təmin edir və qlobal şirkətlərin xəzinədarlıq əməliyyatlarını sürətləndirir. Xüsusilə “Ant International”ın blokçeyn əsaslı “Whale” platforması hesabları tokenləşdirərək, müştərilərin müxtəlif ölkələrdəki qurumları arasında demək olar ki, ani likvidlik yaradır.

“Ant International” bu həlli tətbiq edən ilk müştəri hesab olunur və bu, “Standard Chartered”in tokenləşmə strategiyasında mühüm mərhələ sayılır. Şirkətin baş meneceri Kelvin Li bildirib ki, bu əməkdaşlıq qlobal ödənişlər və tokenləşmə sahəsində şirkətlərin ehtiyaclarını təhlükəsiz və problemsiz qarşılayacaq.

Qeyd edək ki, kommersiya istifadəsinə keçid ötən il Honkonq milli valyutası ilə aparılan uğurlu test əməliyyatından sonra baş tutub. Eyni zamanda bu addımın digər qlobal şirkətləri də tokenləşdirilmiş depozitlərdən istifadə etməyə təşviq edəcəyi gözlənilir.