Cənubi Koreya stabilkoinləri qanuni çərçivəyə salır

Yan 13, 2026 - 21:28
 0
Cənubi Koreya stabilkoinləri qanuni çərçivəyə salır

Cənubi Koreya hökuməti 2026-cı ilin birinci rübündə stabilkoinlərlə bağlı yeni qanun layihəsini qəbul etməyi planlaşdırır. Yeni tənzimləmələr stabilkoinlərin buraxılması, idarə edilməsi və istifadəsini rəsmi və hüquqi çərçivəyə salmağı hədəfləyir. Bu addım stabilkoin layihələrinin daha sistemli və nəzarətli şəkildə fəaliyyət göstərməsinə imkan yaradacaq.
Qanun layihəsinə əsasən, stabilkoin buraxan şirkətləri dövlət təsdiqləməli və emissiya etdikləri tokenlərin təminatı olaraq 100% həcmində ehtiyat saxlanmalıdır. Eyni zamanda, istifadəçilər stabilkoinlərini istənilən vaxt geri qaytara biləcəklər ki, bu da rəqəmsal aktivlərin təhlükəsizliyini və etibarlılığını artıracaq. Hökumət həmçinin stabilkoinlərin ölkələrarası əməliyyatlarda istifadəsini tənzimləyərək kriptovalyuta bazarında şəffaflığın təmin olunmasını nəzərdə tutur
Stabilkoinlərdən əlavə, hökumət 2030-cu ilə qədər dövlət xəzinə fondlarının 25%-ni rəqəmsal valyutalar- “borc tokenləri” formatında yerləşdirməyi də planlaşdırır