Özbəkistanda 2026-cı ildən nağd ödənişlər qadağan ediləcək
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin imzaladığı fərmana əsasən, 2026-cı ilin aprelin 1-dən etibarən bəzi mal və xidmətlər üzrə nağd ödənişlərə qadağa qoyulacaq. Bu ödənişlərə dövlət orqanlarının xidmətləri, elektrik, qaz və su ödənişləri, alkoqol və tütün məhsulları, yanacaq doldurma və elektrikli avtomobillərin şarj xidmətləri daxildir.
Bundan əlavə daşınmaz əmlak və yaşı 10 ildən az olan avtomobillərin də alqı-satqısı yalnız nağdsız formada aparılacaq. Fərmana əsasən, 2030-cu ilə qədər kölgə iqtisadiyyatının payı 1,3 dəfə azaldılacaq və əhalinin ticarət və xidmətlərdə etdiyi nağdsız ödənişlərin payı 75%-ə çatdırılacaq.