"Wildberries" 142 milyon dollarlıq logistika mərkəzi açır

Dek 4, 2025 - 14:30
Dek 15, 2025 - 14:30
 0
"Wildberries" 142 milyon dollarlıq logistika mərkəzi açır

Rusiya bazarının aparıcı onlayn ticarət platforması olan "Wildberries" Özbəkistanda böyük logistika mərkəzi açmağı planlaşdırır. 100 min kvadrat metr sahəni əhatə edəcək mərkəz ölkənin ən böyük logistika kompleksi olacaq. Layihənin ümumi investisiya dəyəri 142 milyon dollar təşkil edir və nəticədə təxminən 7,5 min yeni iş yeri yaradılacaq. Anbar kompleksinin mərhələli şəkildə istifadəyə verilməsi gələn ilin sonuna planlaşdırılır. Qeyd edək ki, ötən il Özbəkistan istehsalı olan məhsulların Wildberries-də satışı 605 milyon dollar olub.