Daha 9 layihə "STARTAP" şəhadətnaməsi alıb

Yan 13, 2026 - 21:20
 0
Daha 9 layihə "STARTAP" şəhadətnaməsi alıb
Kiçik və Orta Biznesin İnkişafı Agentliyində “Startap” şəhadətnaməsinin verilməsi üzrə yaradılan Ekspertlər Şurasının iclasında 9 layihəyə “Startap” şəhadətnaməsi verilib. İclasda KOB subyektlərindən daxil olan 12 müraciətə baxılıb.
Şəhadətnamələr “Mountai Group” MMC-nin neft və qaz sənayesində süni intellekt əsaslı analitika və rəqəmsal həll, “JFB Tech” MMC-nin humanoid robotlar üçün proqram təminatının hazırlanması və istehsalı, “Castingaz” MMC-nin onlayn kastinq platforması, “Smile Tour” MMC-nin səyahət və turizm xidmətləri üçün marketpleys, “Markpro Group” MMC-nin Aİ dəstəkli rəqəmsal marketinq platforması, “Buta Xidmət” MMC-nin onlayn sosial sahibkarlıq platforması, Əfqan Mehdixanovun süni intellekt əsaslı turizm platforması, Nurlan Kurbanovun Aİ dəstəkli rəqəmsal müştəri loyallıq platforması və Seymur Rzayevin “Agile” modelinə əsaslanan onlayn idarəetmə platforması layihələrinə təqdim edilib.