"GCCPay" və "Payriff" rəqəmsal ödənişlər sahəsində əməkdaşlığa başlayır
“GCCPay” və “Payriff” rəqəmsal ödənişlər və merçant xidmətlərinin genişləndirilməsi məqsədilə birgə əməkdaşlığa başlayıb. Tərəfdaşlıq Səudiyyə Ərəbistanında “GCCPay”in bazar təcrübəsini və liderliyini, “Payriff”in ödəniş texnologiyaları üzrə ixtisaslaşmış bilikləri ilə birləşdirəcək.
Əməkdaşlıq region üzrə bizneslər üçün təhlükəsiz, miqyaslana bilən və satıcı mərkəzli həllər təqdim etməyi hədəfləyir. Yaxın günlərdə yol xəritəsi, texniki inteqrasiya mərhələləri və merçant tərəfdaşlıq imkanları ilə bağlı əlavə məlumatlar da açıqlanacaq.