"Biznesdən Biznesə" startap müsabiqəsinin qalibləri elan olundu

Dek 25, 2025 - 10:00
 0
"Biznesdən Biznesə" startap müsabiqəsinin qalibləri elan olundu

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi, AccessBank və VISA şirkətinin maliyyə dəstəyi ilə keçirilən ikinci “Bizdən Biznesə” startap müsabiqəsinin qalibləri açıqlanıb.

Bu il oktyabrın 15-dən elan olunan müsabiqəyə 500-dən çox müraciət daxil olub. Münsiflər heyəti layihələri innovasiya, kreativlik, davamlılıq və gəlirlilik meyarları üzrə qiymətləndirərək 20 layihə seçib, ikinci mərhələdə isə 10 layihə finala çıxıb.

Finalda birinci yerə “Smarted Solutions” şirkətinin “Smart Cart” layihəsi layiq görülüb. İkinci yeri “Lumimex” şirkətinin “Günəş panelləri üçün örtüklər” layihəsi, üçüncü yeri isə Elşən Hümbətovun “Agritech Hydro Karabakh” layihəsi qazanıb.

Bundan əlavə, layihənin tərəfdaşı olan “VISA” xüsusi mükafatını Fidan Quliyevanın “İmaret Botanica” layihəsinə təqdim edib. Birinci yerin qalibinə 25 000 AZN, ikinci yerin qalibinə 20 000 AZN, üçüncü yerin qalibinə 15 000 AZN, xüsusi mükafat sahibinə isə 15 000 AZN məbləğində maliyyə dəstəyi təqdim olunub. Qaliblər mükafatı yalnız nağdsız hesablaşma formasında istifadə edə biləcəklər.