"MasterCard" Azərbaycanda "Silver Logo" kart sahibləri üçün çatbot istifadəyə verdi

Dek 17, 2025 - 19:23
Dek 18, 2025 - 09:24
 0
"MasterCard" Azərbaycanda "Silver Logo" kart sahibləri üçün çatbot istifadəyə verdi

“Mastercard” Azərbaycanda “Silver Logo” kart sahibləri üçün WhatsApp üzərindən yeni çatbot istifadəyə verib. Bu kanal mövcud Telegram köməkçisini tamamlayaraq istifadəçilərə imtiyazlara daha sürətli və təhlükəsiz çıxış imkanı yaradır.

Çatbot vasitəsilə kart sahibləri “Silver Logo” üstünlükləri haqqında dərhal məlumat ala, yenilənmiş təkliflərdən xəbərdar ola və operativ dəstək əldə edə bilərlər.

İstifadəçilər əlavə xərcləmə tələbi olmadan eksklüziv keşbek, hava limanı transferi, lounge girişləri, eləcə də səyahət və lifestyle təkliflərindən faydalana biləcəklər.