“PayPal” ABŞ-da bank qurmağa hazırlaşır

Dek 16, 2025 - 15:53
Dek 16, 2025 - 15:53
 0
“PayPal” ABŞ-da bank qurmağa hazırlaşır

“PayPal” ABŞ-da “PayPal Bank” yaratmaq üçün Utah Dövlət Maliyyə İdarəsi və Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC)-yə rəsmi müraciət edib. Yeni bankın məqsədi kiçik biznesləri kreditlərlə təmin etmək, müştərilər üçün faizli əmanət hesabları açmaq və “PayPal”ın üçüncü tərəf maliyyə qurumlarından asılılığını minimuma endirməkdir.

Şirkətin CEO-su Aleks Kris bu addımın "PayPal"ın fəaliyyətini gücləndirəcəyini, səmərəliliyi artıracağını və ABŞ-da kiçik bizneslərin inkişafına dəstək verəcəyini bildirib. Bank təsdiqləndiyi halda prezident vəzifəsini 25 ildən artıq bankçılıq təcrübəsinə malik, “Toyota Financial Savings Bank”ın keçmiş CEO-su Mara Maknil icra edəcək. Qeyd edək ki, 2013-cü ildən “PayPal” qlobal miqyasda təxminən 420 min biznesə ümumilikdə 30 milyard dollardan çox kredit təqdim edib.