"Freedom Bank Kazakhstan" superapp tətbiqinə eSim funksiyası əlavə etdi
“Freedom Bank Kazakhstan” SuperApp tətbiqinə daxili eSIM funksiyası əlavə edib. Yeni funksiya istifadəçilərə beynəlxalq mobil internet paketlərini birbaşa tətbiq üzərindən almaq, aktivləşdirmək və idarə etmək imkanı yaradır.
Xidmət Boxo şirkətinin superapp infrastrukturuna əsaslanır və 30 günədək limitsiz data paketləri də daxil olmaqla müxtəlif ölkələr üçün mobil bağlantı təklif edir. Məqsəd səyahət edən müştərilər üçün rouminq və fiziki SIM kart ehtiyacını aradan qaldırmaqdır.
Bankın SuperApp rəhbəri Vyçeslav Kim bildirib ki, platforma yalnız maliyyə xidmətləri ilə kifayətlənmir, istifadəçilərin gündəlik ehtiyaclarını da qarşılamaq məqsədi daşıyır. Qeyd edək ki, “Freedom Bank” hazırda 22 ölkədə fəaliyyət göstərən “Freedom Holding Corp.”a daxildir.