Metroda bank kartları ilə ödənişlər başlayır
Bakı Metropolitenində gediş haqqının təmassız bank kartları, eləcə də Apple Pay və Google Pay vasitəsilə ödənilməsi üzrə sınaq mərhələsi başlayıb.
İlkin mərhələdə bu imkan bənövşəyi xəttin stansiyalarında – Xocəsən, Avtovağzal, Memar Əcəmi və 8 Noyabrda aktivdir. Sistem hazırda test rejimində işləyir və yaxın aylarda bütün stansiyalarda istifadəyə verilməsi planlaşdırılır.
Məlumatda bildirilib ki, sınaq mərhələsində texniki çətinlik yaranarsa, sərnişinlər “BakıKart” və ya digər mövcud ödəniş üsullarından yararlana bilərlər