Dekabrda metroda 5 milyon sərnişin NFC ilə ödəniş edib

Yan 7, 2026 - 12:58
 0
Dekabrda metroda 5 milyon sərnişin NFC ilə ödəniş edib

2025-ci ilin dekabr ayında Bakı Metropolitenində 5 milyon 68 min 343 sərnişin NFC texnologiyası ilə ödəniş edib ki, bu da bütün ödənişlərin 23,93%-ni təşkil edir.

“Bakı Metropoliteni” QSC-nin məlumatına görə, NFC ödəniş sistemi istifadəyə verildikdən sonrakı ilk iki ay ərzində bu üsulla keçid edən sərnişinlərin sayı 7 milyon 233 min 200 nəfərə çatıb. Noyabr ayı ilə müqayisədə NFC ödənişlərinin həcmi 134,11% artıb.

Qeyd edək ki, metroda NFC əsaslı ödəniş sistemi 2024-cü ilin noyabrın 1-dən tətbiq olunur. Hazırda sərnişinlər ödənişlərini həm NFC-ni dəstəkləyən yerli bank kartları ilə, həm də “Apple Pay” və “Google Pay” vasitəsilə həyata keçirə bilirlər.