ATM-ləri istənilən nöqtəyə sifariş etmək mümkün olacaq
Dubayda bank xidmətləri sahəsində innovativ bir yenilik müzakirə olunur. Belə ki, artıq pul çıxarmaq üçün sabit ATM axtarmağa ehtiyac qalmayacaq. İstifadəçilər mobil tətbiq vasitəsiylə ATM kapsulunu olduqları məkana sifariş edə biləcəklər.
Elektriklə işləyən, kompakt və yüksək təhlükəsizlik sistemləri ilə təchiz olunan bu mobil ATM-lər adi bankomatlar kimi fəaliyyət göstərəcək və eyni səviyyədə təhlükəsizlik təmin edəcək. Xüsusilə “Dubai Marina”, “Downtown”, “JBR” və müxtəlif tədbir məkanlarında geniş istifadə olunacağı gözlənilir.
Mobil ATM-lər konsertlər, çimərliklər, alış-veriş mərkəzləri və turistik zonalarda ani nağd ehtiyaclar üçün Rahat həll təklif edəcək. Bu təşəbbüs Dubayın ağıllı nəqliyyat və fintex infrastrukturu ilə inteqrasiya olunaraq, şəhərin “xidmətlər ayağınıza gəlsin” vizyonunun növbəti addımı kimi təqdim edilir.