Avropada real vaxt ödənişləri üçün "WERO" tətbiqi təqdim olundu

Dek 18, 2025 - 17:51
Dek 18, 2025 - 17:51
 0
Avropada real vaxt ödənişləri üçün "WERO" tətbiqi təqdim olundu

“Deutsche Bank” və “Postbank” Avropa daxilində real vaxt ödənişlərini dəstəkləyən yeni rəqəmsal ödəniş tətbiqi “Wero”nun bütün funksiyalarını istifadəyə verib. Bu tətbiq vasitəsilə istifadəçilər ailə və dostlarına dərhal pul göndərə, qəbul edə həmçinin iştirakçı onlayn mağazalarda alış-veriş edə bilərlər.

“Postbank” müştəriləri 2024-cü ildən P2P (şəxsdən şəxsə) köçürmələrdən istifadə edirdilər. indi isə onlara e-ticarət ödənişləri funksiyası da əlavə olunub.

“EPI Company”nin baş icraçı direktoru Martina Vaymert bildirib ki, “Wero” Avropa üçün vahid rəqəmsal ödəniş infrastrukturuna keçid yolunda mühüm mərhələdir. Qeyd edək ki, tətbiq birbaşa “Deutsche Bank” və ya “Postbank” cari hesablarına bağlıdır və ödənişləri mesaj göndərmək qədər sadə şəkildə həyata keçirməyə imkan verir.

Gələcəkdə rəqəmsal tətbiqin “Deutsche Bank Mobile” və “Postbank” mobil tətbiqlərinə inteqrasiyası nəzərdə tutulur ki, istifadəçilər özlərinə uyğun tətbiqi seçərək istifadə edə bilsinlər.