"ELKART" və "HUMO" qarşılıqlı ekvayrinqə start veriblər
Qırğızıstanın “Elkart” və Özbəkistanın "HUMO" milli ödəniş sistemləri qarşılıqlı ekvayrinqi işə salıb. Bununla HUMO kart sahibləri Qırğızıstanda alış-veriş edə və nağd vəsait çıxara, “Elkart” sahibləri isə eyni imkanlardan Özbəkistanda yararlana biləcəklər.
İki ölkənin milli ödəniş sistemlərinin birgə mətbuat konfransında bildirilib ki, inteqrasiya prosesi tam başa çatıb və növbəti mərhələdə birbaşa pul köçürmələri aktivləşdiriləcək. Yeni inteqrasiya iki ölkə arasında sərhədlərarası ödənişləri sadələşdirəcək və istifadəçilər üçün daha rahat maliyyə xidmətləri yaradacaq. Eyni zamanda, bu inteqrasiya ticarət obyektləri üçün də əlavə üstünlüklər yaradacaq. Belə ki, kartların qəbulu zamanı əlavə texniki və ya maliyyə xərclərinə ehtiyac olmayacaq.