Bakıda POS-terminalların sayı 111 mini keçdi
2025-ci ilin noyabr aylında ölkə üzrə fəaliyyət göstərən POS-terminalların ümumi sayı 179 min 162 ədədə çatıb. Mərkəzi Bankın məlumatına göə, ölkədəki POS-terminalların sayı aylıq müqayisədə 3,6%, illik müqayisədə isə 57% artıb.
POS-terminalların 111 min 251-i Bakının, 67 min 911-i isə regionların payına düşür. Bölgələr üzrə göstəricilərə gəlincə, ən çox POS-terminal Abşeron-Xızı iqtisadi rayonunda-11 min 198 ədəd, ən az terminal isə 262 ədəd olmaqla Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb.