Yeni Rəqəmsal Maliyyə Mərkəzi fəaliyyətə başlayır

Dek 1, 2025 - 21:45
Dek 14, 2025 - 21:46
 0
Yeni Rəqəmsal Maliyyə Mərkəzi fəaliyyətə başlayır

Nazirlər Kabineti “Maliyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklikləri təsdiqləyib. Baş nazir Əli Əsədov dekabrın 1-də qərarı imzalayıb. Bu addım Prezidentin 25 avqust 2025-ci il tarixli Fərmanından irəli gələn vəzifələrin icrası çərçivəsində atılıb. Həmin Fərmanla büdcə, vergi, gömrük, dövlət rüsumu və digər maliyyə axınlarının vahid platformada idarə olunması üçün “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin yaradılması tapşırılıb.
Qərara əsasən, Maliyyə Nazirliyinin tabeliyində olan Məlumat-Hesablama Mərkəzinin institusional statusu yenilənib və qurum bundan sonra Rəqəmsal Maliyyə Mərkəzi MMC adı altında fəaliyyət göstərəcək.
Yeni struktur maliyyə informasiya sistemlərinin inkişafı, modernləşdirilməsi, fasiləsiz işləməsi, informasiya təhlükəsizliyinin gücləndirilməsi və əsas məlumat mərkəzlərinin davamlı fəaliyyətinə imkan yaradacaq. Dəyişikliklərin dövlət maliyyəsinin idarə edilməsində şəffaflıq, səmərəlilik və rəqəmsallaşmanı artıracağı bildirilir.