Mərkəzi Bank ödəniş qaydalarına dəyişikliklər etdi
Mərkəzi Bank “Ödəniş əməliyyatlarının aparılması və ödəniş alətlərinə dair Qayda”ya dəyişikliklər edib. Bankın sədri Taleh Kazımovun imzaladığı qərara əsasən, ölkə daxilində ödəniş kartları ilə aparılan əməliyyatlara dair məlumatların toplanması, emalı və klirinqini Mərkəzi Bank həyata keçirdəcək. Qərarda yeni anlayışlar da müəyyənləşdirilib. AZQR kod ödəniş üçün formalaşdırılan QR kodu ifadə edir. Statik AZQR kod sabit məlumatlardan, dinamik AZQR kod isə hər əməliyyata uyğun dəyişən məlumatlardan ibarət olacaq. AZQR kod təchizatçıları həm ödəyiciləri kodun oxunması funksiyası ilə, həm də təsərrüfat subyektlərini QR vasitəsilə ödəniş qəbul etmək imkanı ilə təmin edəcək. Fiziki şəxslərin milli valyutada ölkədaxili köçürmələri əsasən Mərkəzi Bankın Ani Ödənişlər Sistemi vasitəsilə aparılacaq. Fərqli sistem yalnız köçürmənin Ani Ödənişlər Sistemilə mümkün olmadığı hallarda istifadə oluna bilər. Bu tələblər fevralın 1-i 2026-cı ildən qüvvəyə minəcək.
Qaydada kredit köçürmələri və birbaşa debitləşmə üzrə ödəniş sərəncamlarında tələb olunan məlumatların siyahısı da dəqiqləşdirilib. Bundan əlavə, qalıq dəyərinin nağd qaytarılması bir ay ərzində 50 manatdan və ya onun ekvivalentində xarici valyutadan artıq olmamaq şərtilə həyata keçiriləcək. Qərar noyabrın 12-də qəbul edilib dekabrın 4-də qüvvəyə minib