Avropa Birliyi Şurası rəqəmsal avro ilə bağlı mövqeyini təsdiqlədi

Dek 22, 2025 - 16:57
 0
Avropa Birliyi Şurası rəqəmsal avro ilə bağlı mövqeyini təsdiqlədi

Avropa Birliyi Şurası rəqəmsal avronun hüquqi çərçivəsi üzrə danışıqlar mövqeyini təsdiqləyib. Qərara əsasən, Avropa Mərkəzi Bankının buraxacağı rəqəmsal avro həm onlayn, həm də oflayn rejimdə istifadə edilə biləcək. Yeni rəqəmsal pul vahidi internet bağlantısı olmadan da ödənişlərə imkan verəcək. Bu zaman əməliyyatlar əlaqə bərpa olunduqdan sonra sistemlə sinxronlaşdırılacaq. Onlayn ödənişlər isə dərhal həyata keçiriləcək. AMB eyni zamanda rəqəmsal avro üzrə saxlanma limitlərini müəyyən edəcək və bu limitlər hər iki ildən bir yenidən nəzərdən keçiriləcək.

Qeyd edək ki, Avropa Mərkəzi Bankı rəqəmsal avronun pilot mərhələsini 2027-ci ildə başlamağı, 2029-cu ilə qədər isə tam istifadəyə verilməsini planlaşdırır. Avropa Mərkəzi Bankı rəqəmsal avronu tətbiq etməklə ödəmə sistemini müasirləşdirməyi və mərkəzi bank pulunun rəqəmsal dünyada əhəmiyyətini qorumağı hədəfləyir.