Rusiyada kartlar üçün say limiti tətbiq edilir

Okt 30, 2025 - 14:32
Dek 14, 2025 - 13:07
 0
Rusiyada kartlar üçün say limiti tətbiq edilir

Kart bolluğuna son: Rusiyada "kart inqilabı" başlayır
Rusiyada dekabr ayından vətəndaşların sahib ola biləcəyi bank kartlarının sayına məhdudiyyət qoyulacaq. Bu barədə Dövlət Dumasının Maliyyə Bazarları Komitəsinin sədri Anatoli Aksakov məlumat verib.

Yeni təşəbbüsə əsasən, hər bir vətəndaş bir bankda ən çoxu 5, ümumilikdə isə 20 bank kartına sahib ola biləcək. Qanun layihəsinin məqsədi çoxsaylı hesabların və kartların nəzarətsiz dövriyyəsini məhdudlaşdırmaq, fırıldaq risklərini azaltmaq və ödəniş sistemlərində şəffaflığı artırmaqdır.

Eyni zamanda, Rusiyada xüsusi onlayn izləmə xidməti istifadəyə veriləcəkdir ki, bu xidmət vasitəsilə vətəndaşlar hansı banklarda kartlarının mövcud olduğunu real vaxtda izləyə biləcəklər.

Yeni qaydalar Rusiyada bank sisteminin daha idarəolunan və şəffaf mexanizmə keçidi kimi qiymətləndirilir.