PAYSİS MMC-nin fəaliyyəti dayandırıldı

Dek 11, 2025 - 20:37
Dek 14, 2025 - 20:37
 0
PAYSİS MMC-nin fəaliyyəti dayandırıldı

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məlumatına görə, internet üzərindən qumar oyunlarının təşkilində iştirakı ilə bağlı başlanmış cinayət işi çərçivəsində “Paysis” MMC və şirkətin rəhbəri barəsində icraat başlanıb. İşə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Mərkəzi Bank məhkəmə qərarı qüvvəyə minənədək “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsi rəhbər tutularaq “Paysis” MMC-nin lisenziya çərçivəsində göstərdiyi bütün ödəniş xidmətlərini dayandırıb. Yalnız istifadəçilərə vəsaitin geri qaytarılması əməliyyatlarına icazə verilir. Qeyd edək ki, bu, Mərkəzi Bankın cari il ərzində fəaliyyətini dayandırdığı ikinci ödəniş sistemidir.