Azerikard elektron pul lisenziyasını dayandırdı

Okt 9, 2025 - 15:09
Dek 14, 2025 - 15:10
 0
Azerikard elektron pul lisenziyasını dayandırdı

Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 08 oktyabr 2025-ci il tarixli qərarı ilə “Azərikard” MMC-nin lisenziyasında “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” üzrə fəaliyyət ləğv edilib.Bununla da ölkə ərazisində elektron pul fəaliyyəti üzrə lisenziyaya malik təşkilatların sayı 17-yə enib.
Qərar “Azərikard” MMC-nin müraciəti əsasında qəbul olunub. Bununla da şirkət elektron pul təşkilatı kimi deyil, ödəniş təşkilatı və ödəniş sisteminin operatoru kimi fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, Mərkəzi Bank 12 sentyabr 2024-cü il tarixində “Azərikard” MMC-yə iki lisenziya təqdim etmişdi:
ÖSO-001 nömrəli lisenziya – “ödəniş sisteminin operatoru” fəaliyyəti üçün;
EPT-011 nömrəli lisenziya – “ödəniş əməliyyatının ekvarinqi” və “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” fəaliyyətləri üçün.
Qeyd edək ki, “Azərikard” MMC 1996-cı ildə yaradılmış və Azərbaycan Respublikasında ödəniş sistemlərinin infrastrukturunu formalaşdıran aparıcı texnoloji şirkətdir