VİSA qara cümədə fırıldaqçılara qarşı rekord bloklanma həyata keçirdi

Dek 4, 2025 - 14:25
Dek 15, 2025 - 14:25
 0
VİSA qara cümədə fırıldaqçılara qarşı rekord bloklanma həyata keçirdi

Visa bu ilin Qara Cüməsində Birləşmiş Krallıqda şübhəli fırıldaqçılıq cəhdlərini ötən ilin eyni dövrü ilə müqayisədə 280% daha çox bloklayıb. Avropada isə bu göstərici 140% artıb. Visa-nın müəyyən etdiyi ən geniş yayılmış fırıldaq hallarına saxta onlayn mağazalar, yalançı bağlama çatdırılması bildirişləri, “əlavə bayram qazancı” vədləri ilə iş elanları, səyahət fırıldaqları və xeyriyyə adı ilə həyata keçirilən dələduzluqlar daxildir.
Visa-nın Scam Disruption komandası son bir ildə Avropada 220 milyon avro, qlobal miqyasda isə 1 milyard dollardan çox dələduzluq cəhdini vaxtında aşkarlayaraq bloklayıb.