Rəqəmsal İqtisadiyyatın İnkişafına dair 2026-2029-cu illər üçün strategiya təsdiqlənib

Dek 11, 2025 - 14:04
Dek 14, 2025 - 14:04
 0
Rəqəmsal İqtisadiyyatın İnkişafına dair 2026-2029-cu illər üçün strategiya təsdiqlənib

Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Strategiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti təmin edəcək. Həmçinin həyata keçirilən tədbirlərlə bağlı ildə bir dəfə Prezidentə hesabat təqdim olunacaq. Mövcud konsepsiya, strategiya, dövlət proqramlarının yeni Strategiyaya uyğunlaşdırılması da hökümətin vəzifələri sırasındadır.
Strategiyanın icrasının monitorinqini və qiymətləndirilməsini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirdəcək. Maliyyə və İqtisadiyyat nazirlikləri nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsi layihəsində tələb olunan vəsaitin ayrılmasını təmin etməlidir.