Ölkədaxili fırıldaqçılıq halları kəskin artıb

Dek 10, 2025 - 20:49
Dek 14, 2025 - 20:55
 0
Ölkədaxili fırıldaqçılıq halları kəskin artıb

Bu ilin üçüncü rübündə ödəniş kartları ilə ölkə daxilində 2 233 fırıldaqçılıq halı qeydə alınıb və onların ümumi məbləği 1,185 milyon manat təşkil edib. Mərkəzi Bankın məlumatına görə, ikinci rüblə müqayisədə bu göstərici müvafiq olaraq 3,4 və 3,9 dəfə artıb. İyul-sentyabr aylarında ölkəxarici fırıldaqçılıq hallarının məbləği 28,4 % azalaraq 308,6 min manata düşsə də, fırıldaqçılıq hallarının sayı əksinə 59,6 % artaraq 7 669-a yüksəlib. Ölkə daxilində qeydə alınan fırıldaqçılıqların təxminən 40 %-i hesabların ələ keçirilməsi, 60 %-i isə digər üsullarla baş verib. Xarici əməliyyatlarda 73%-i kartın fiziki iştirakı olmadan, 27 %-i isə digər hallarla baş verib.
Həm ölkə daxilində, həm də xaricdə fırıldaqçılıq hallarının böyük hissəsi-98,9 % və 86,6 %-i elektron ticarət və mobil tətbiqlər üzərindən həyata keçirilib