Qızıl rekord vurdu: indi alış da yalnız nağdsız olacaq

Sen 23, 2025 - 13:26
Dek 15, 2025 - 13:26
 0
Qızıl rekord vurdu: indi alış da yalnız nağdsız olacaq

Dünya bazarlarında qızılın qiyməti tarixi zirvəyə qalxdı. Nyu-York COMEX birjasında bir troya unsiyasının (31,1 qram) qiyməti ilk dəfə olaraq 3 800 ABŞ dollarını (təxminən 6 500 AZN) ötərək 3 801,2 dollara çatdı.
Bahalaşma fonunda qızıl və zərgərlik məmulatlarına tələbatın artması gözlənilir. Amma alıcı və satıcılar üçün bir vacib məqam var: 15 min manatdan yuxarı bütün qızıl və qiymətli metal alış-satış əməliyyatları yalnız nağdsız qaydada həyata keçirilə bilər.
Bu tələb “Nağdsız hesablaşmalar haqqında” Qanunla müəyyən edilib və zərgərlik bazarında həm şəffaflığı, həm də təhlükəsizliyi təmin etməyə xidmət edir.
Beləliklə, qızıl qiymətləri yüksəlməyə davam etdikcə, zərgərlik məmulatlarının alışı zamanı da kart və digər rəqəmsal ödəniş üsulları daha geniş yayılacaq. Bu, həm alıcı üçün rahatlıq, həm də bazar üçün yeni mərhələ deməkdir.