"Monetri" BOKT qanun pozuntusuna görə cərimələnib
Mərkəzi Bank “Monetri” BOKT MMC və onun vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb edildiyini açıqlayıb.
Qurumun məlumatına görə, nəzarət tədbirləri nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.
Məsələyə baxan Bakı Şəhəri Xətai Rayon Məhkəməsi “Monetri” BOKT MMC-yə 50 min manat, onun vəzifəli şəxsinə isə 10 min manat məbləğində cərimə tətbiq edib