Kriptoimperiyanın sonu: milyarderin bitkoinləri müsadirə olundu

Okt 10, 2025 - 13:34
Dek 14, 2025 - 13:33
 0
Kriptoimperiyanın sonu: milyarderin bitkoinləri müsadirə olundu

ABŞ Ədliyyə Nazirliyi kriptovalyuta fırıldağı ilə bağlı ən böyük əməliyyatlardan birini həyata keçirib. Nyu-York məhkəməsinin qərarına əsasən, nazirlik ümumi dəyəri təxminən 15 milyard dollar olan 127,2 min ədəd bitkoini müsadirə edib.

Nazirliyin məlumatına görə, vəsait Kamboca və Böyük Britaniya vətəndaşlığına malik iş adamı Çen Çjidən (Chen Zhi) müsadirə olunub. O, dələduzluq və çirkli pulların yuyulması ittihamları ilə üzləşib.

Məlumata əsasən, Çen Çji “Donuzların kəsilməsi” (ing. Pig Butchering) adlanan kriptofırıldaq sxemindən istifadə edib. Bu sxemdə saxta kriptovalyuta platformaları və investisiya səhifələri yaradılır, vətəndaşlar yüksək gəlir vədi ilə ora cəlb olunur. Fırıldaqçılar əvvəlcə kiçik “mənfəətlər” ödəməklə etibar qazanır, daha sonra isə böyük məbləğlər yatırıldıqdan sonra bütün pullarla birlikdə yoxa çıxırlar.