Rusiya pul köçürmələrinə nəzarəti gücləndirir
Rusiya Prezidenti Vladimir Putin maliyyə əməliyyatlarına nəzarəti gücləndirən qanun dəyişikliyini təsdiqləyib. Yeni qaydalara görə, Rosfinmonitorinq “Mir” kartları və “Sürətli Ödənişlər Sistemi” ilə edilən pul köçürmələri barədə məlumatları birbaşa əldə edə biləcək. Dəyişikliyin məqsədi cinayət yolu ilə əldə olunan gəlirlərin leqallaşdırılmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizəni gücləndirməkdir. Məlumatların həcmi, növü və ötürülmə müddəti isə Rusiya Bankı ilə razılaşdırılaraq ayrıca sazişlə müəyyən olunacaq.