Kibertəhlükəsizlikdə vahid nəzarət mexanizmi

Okt 30, 2025 - 14:28
Dek 14, 2025 - 13:23
 0
Kibertəhlükəsizlikdə vahid nəzarət mexanizmi

Gələcəkdə banklarda baş verən hər hansı kibertəhlükəsizlik insidenti artıq yalnız həmin bankın problemi kimi qiymətləndirilməyəcək. Belə hallar dərhal Mərkəzi Banka bildiriləcək, insidentlər mərkəzləşdirilmiş şəkildə təhlil olunaraq bütün banklarla paylaşılacaq.

Bu barədə Mərkəzi Bankın İnformasiya və Kibertəhlükəsizlik Departamentinin direktoru Elnur Eyvazlı “Critical Infrastructure Defense Challenge 2025” (CIDC-2025) tədbiri çərçivəsində çıxışı zamanı məlumat verib.

E. Eyvazlının sözlərinə görə, qurum daxilində yaradılmış “pinsert” funksiyası vasitəsilə insidentlər toplanacaq, texniki və risk yönümlü analizlər aparılacaq, nəticələr isə dərhal sektora xəbərdarlıqlar şəklində təqdim olunacaq