18 sahibkar "Startap" şəhadətnaməsi alıb

Dek 15, 2025 - 22:06
Dek 15, 2025 - 22:21
 0
18 sahibkar "Startap" şəhadətnaməsi alıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində “Startap” şəhadətnaməsinin verilməsi üzrə ekspertlər şurasının iclasında 29 müraciətə baxılıb. Onlardan 18 sahibkara “Startap” şəhadətnaməsi təqdim olunub. Onlar arasında investor platforması OpenConnect, uşaqlar və valideynlər üçün interaktiv tətbiq “LULLA”, tibbi radiologiyada süni intellekt proqramı “İMYEN”, “no-code” vebsayt hazırlama platforması “Vebtypely”, biznes üçün CRM tətbiqi “JSM Solutions”, nəqliyyat axtarış və sifariş sistemi “Yolüstü Service”, parkinq mobil tətbiqi “Parkhub”, yemək həvəskarları üçün sosial şəbəkə “Bishir”, tədbir təşkilatı tətbiqi “Time Agency” yer alır.
Bundan əlavə fərdi sahibkarlar və şirkətlər də var. Bayram Süleymanov-aqrar xidmətlərin rəqəmsal platforması, Cəfər Hüseynov-rəqəmsal təhsil platforması, Ağa Əlislamov-virtual sərgilər və onlayn tədbirlər üçün platforma, Arif Babayev-süni intellektlə avtomatik proqramlaşdırma platforması, “Sale 365”MMC-əməkdaş motivasiyası və biznes inkişaf platforması, “Onvey”MMS-onlayn ticarət və çatdırılma tətbiqi, “Kinobox”MMC-onlayn kinoteatr, “İşgüzar Group”MMC-onlayn marketpleys və “SETM”MMC-pirotexnika və partlayıcıların uzaqdan idarəsi üçün kompleks.
Qeyd edək ki, bu günə kimi 238 sahibkar “Startap” şəhadətnaməsi alıb. Şəhadətnamə sahibkarları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə 3 il müddətinə mənfəət və gəlir vergisindən azad edir. Mikro və kiçik sahibkarlar layihələri inkişaf mərhələsində olarsa, KOBİA-ya müraciət edə bilərlər.