"CİBPAY" nizamnamə kapitalını yenidən artırdı
Azərbaycanın lisenziyalı ödəniş şirkəti "CIBPAY" MMC nizamnamə kapitalını 200 min manat artıraraq 1 milyon 267 min manata çatdırıb. Bu, şirkətin son iki ayda həyata keçirdiyi ikinci kapital artırımıdır. Qeyd edək ki, noyabrın əvvəlində kapital 20 min manat artırılmışdı. 2022-ci ildə təsis olunan “CIBPAY” “FinDynamix” MMC-yə daxildir. Şirkətə 2024-cü ilin sentyabrında Mərkəzi Bankın verdiyi lisenziya, kredit köçürmələri, ödəniş kartları və ekvayrinq xidmətləri də daxil olmaqla, geniş çeşidli rəqəmsal maliyyə əməliyyatlarını həyata keçirməyə imkan verir