NayaPay və AliPay+ qlobal QR xidmətini aktivləşdirdi
Pakistanın fintex platforması NayaPay, qlobal ödəniş cüzdanı Alipay+ ilə əməkdaşlıq çərçivəsində 50-dən çox ölkədə QR kodla ödəniş xidmətini istifadəyə verib. Bu xidmət NayaPay istifadəçilərinə xaricdə nağdsız, sürətli və təhlükəsiz ödəniş etməyi asanlaşdıraraq, onları pərakəndə ticarət, ictimai iaşə, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərən beynəlxalq ticarət şəbəkəsinə çıxışla təmin edir.
Şirkətin məlumatına görə, Alipay+ şəbəkəsi 40 mobil ödəniş platformasını 150 milyondan çox ticarət nöqtəsi ilə birləşdirir. NayaPay isə bu infrastrukturdan istifadə edərək transsərhəd ödənişləri daha əlçatan və genişmiqyaslı etməyi hədəfləyir. Qeyd edək ki, NayaPay 2024-cü ildə Çində 80 milyondan çox ticarət obyektlərində QR ödənişini aktivləşdirən ilk Pakistan fintexi olub.