Afrika və Yaxın Şərqdə rəqəmsal ödənişlər genişlənir

Dek 15, 2025 - 22:14
Dek 15, 2025 - 22:14
 0
Afrika və Yaxın Şərqdə rəqəmsal ödənişlər genişlənir

“Orange Money Group” ilə “Visa” şirkətləri Afrika və Yaxın Şərqdə onlayn ödənişləri sadələşdirmək məqsədilə əməkdaşlığa başlayıb. Bu tərəfdaşlıq sayəsində “Orange Money” istifadəçiləri dünyanın istənilən yerində “Visa”nın geniş qəbul şəbəkəsi vasitəsilə rahat və təhlükəsiz ödənişlər edə biləcəklər. Əməkdaşlıq çərçivəsində Botsvana, Madaqaskar və İordaniyada “Orange Money Kote D’İvuar” virtual Visa kartı istifadəyə verilib.

Bu kart “Max it” tətbiqi vasitəsilə bir neçə saniyəyə yaradılır və “Orange Money” hesabından maliyyələşdirilərək həm yerli, həm də beynəlxalq onlayn ödənişlər üçün istifadə olunur. Xidmət gələcəkdə Qvineya, Burkina Faso və Konqo Demokratik Respublikası kimi yeni bazarlarda da istifadəyə veriləcək.

Qeyd edək ki, “Orange Money” hazırda 17 ölkədə 173 milyon müştəriyə xidmət göstərir.