"VİSA" süni intellekt aləti yüzlərlə əməliyyatı avtomatlaşdırdı

Dek 18, 2025 - 17:46
Dek 18, 2025 - 17:46
 0
"VİSA" süni intellekt aləti yüzlərlə əməliyyatı avtomatlaşdırdı

"Visa" artıq süni intellekt vasitəsilə yüzlərlə əməliyyat həyata keçirib. Şirkətin məlumatına görə, aprel ayında təqdim etdiyi süni intellekt əsaslı alət pilot proqram çərçivəsində uğurla sınaqdan keçirilib.

Yeni alət müştərilərə alış-veriş prosesini avtomatik idarə etməyə imkan verib. "Visa", bu uğurlu pilot mərhələdən sonra texnologiyanı genişləndirərək gələcəkdə Asiya və Avropada 20-dən çox tərəfdaşla pilot proqramlar həyata keçirməyi planlaşdırır.

Qeyd edək ki, süni intellekt alətlərini hazırda “Mastercard”, “Amazon”, “PayPal” və “Perplexity” kimi digər nəhəng şirkətlər də test edir.